Həştərxanda Azərbaycan Biznes Mərkəzinin təməli qoyulub - FOTO | 1news.az | Xəbərlər
Dünya

Həştərxanda Azərbaycan Biznes Mərkəzinin təməli qoyulub - FOTO

23:03 - 16 / 12 / 2016
Həştərxanda Azərbaycan Biznes Mərkəzinin təməli qoyulub - FOTO

Dekabrın 16-da Bakıya səfərini başa çatdırdıqdan sonra vətəninə qayıdan Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin və Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun iştirakı ilə Həştərxanda Azərbaycan Biznes Mərkəzinin təməli qoyulub.

1news.az Azərtac-a istinadən xəbər verir ki, təməlqoyma mərasimindən əvvəl qubernator Aleksandr Jilkinin Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşündə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Görüşdə həyata keçirilən bir sıra birgə layihələrdən danışılıb. Məhsuldar əməkdaşlığın daha bir nümunəsi kimi Azərbaycan Biznes Mərkəzinin tikintisinin əhəmiyyəti vurğulanıb.

Sonra Həştərxanda Azərbaycan Biznes Mərkəzinin təməlqoyma mərasimi olub. Mərasimdə çıxış edən qubernator Aleksandr Jilkin son illərdə Həştərxan vilayətində Heydər Əliyev Fondunun və Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin fəal iştirakı ilə region üçün bir sıra əhəmiyyətli humanitar layihələrin həyata keçirildiyini diqqətə çatdırıb:

“Bu gün ciddi böhran dövründə də bizə ölkələrimizin qarşılıqlı faydalı şərtlərlə inteqrasiyasına imkan verən yeni iqtisadi layihələr lazımdır. Bir ildən də az müddətdə bu yerdə ölkələrimizin iş adamlarının biznes fəaliyyətinin inkişafına, yeni layihələrin həyata keçirilməsinə təkan verəcək Azərbaycan Biznes Mərkəzi inşa olunacaq”.

Tədbirdə çıxış edən Əli Həsənov xatırladıb ki, Həştərxanda Azərbaycan Biznes Mərkəzinin tikintisinə dair saziş noyabrın əvvəlində Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunda imzalanıb. Mərkəzin yaradılmasının təşəbbüskarı Həştərxan ilə çox sıx və səmimi əlaqələr qurmuş Heydər Əliyev Fondudur:

“Bu mərkəzdə biz Rusiya bazarına çıxaracağımız məhsulları təşviq etməyi planlaşdırırıq. Bu məsələdə maraqlı olan Rusiya şirkətlərinin ölkəmizdə konkret təchizatçılar ilə uzunmüddətli müqavilələr imzalamaq imkanı olacaq. Mərkəzin yaradılması hər iki ölkənin təsərrüfat subyektləri arasında ticari-iqtisadi əlaqələrin səmərəli inkişafına kömək edəcək. Yeni obyektin tikintisi Həştərxan quberniyasının 300 illiyinə bizim töhfəmiz və səmimi dostluq münasibətlərimizin sübutu olacaq”.

Sonra Azərbaycan Biznes Mərkəzinin təməli qoyulub. Qubernator Aleksandr Jilkin və Prezidentin köməkçisi Əli Həsənov gilizi bünövrəyə buraxıblar. Həştərxanın Bakı küçəsində, Heydər Əliyevin adını daşıyan məktəblə üzbəüz təməli qoyulan mərkəzin yaxın zamanda tikintisinə başlanılacaq. Beşmərtəbəli mərkəzin tikinti sahəsi 5 min kvadratmetr olacaq. 2017-ci ilin sonunda istifadəyə veriləcək mərkəzdə sərgi və konfrans zalları, ofis otaqları, ticarət obyektləri, mini otel, fitnes zal və restoranlar yerləşəcək. Yaradılan şərait işgüzar görüşlərin və müzakirələrin aparılmasına imkan verəcək.

 

Paylaş:
638

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər