Lavrov, Zərif və Çavuşoğlu ilə Hələbi müzakirə edib | 1news.az | Xəbərlər
Dünya

Lavrov, Zərif və Çavuşoğlu ilə Hələbi müzakirə edib

20:12 - 17 / 12 / 2016
Lavrov, Zərif və Çavuşoğlu ilə Hələbi müzakirə edib

Rusiya XİN rəhbəri Sergey Lavrov türkiyəli və iranlı həmkarları Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zəriflə ilə keçirdiyi telefon danışığı zamanı Suriyanın Hələb şəhərindəki vəziyyəti və yaxın vaxtlarda keçiriləcək üçtərəfli görüşü müzakirə ediblər.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında bildirilir.

Danışıqlar zamanı Suriyda dinc əhaliyə humanitar yardımların çatdırılmasında birgə razılaşdırılmış səylərin davam etdirilməsinin və ölkədə hərtərəfli siyasi nizamlanmanın vacibliyi qeyd olunub:

“Rusiya, Türkiyə və İran XİN rəhbərlərinin arasında yaxın zamanda görüşün keçirilməsinə dair razılıq əldə olunub”, - Rusiya XİN-in məlumatında bildirilir.  

Paylaş:
859

Son xəbərlər

Bütün xəbərlər