Xaricdən onlayn alınan mala görə əlavə ƏDV ödəyəcəksiniz - YENİLİK | 1news.az | Xəbərlər
İqtisadiyyat

Xaricdən onlayn alınan mala görə əlavə ƏDV ödəyəcəksiniz - YENİLİK

13:54 - 18 / 12 / 2016
Xaricdən onlayn alınan mala görə əlavə ƏDV ödəyəcəksiniz - YENİLİK

Xaricdən onlayn mağazalardan alınan mallara görə əlavə ƏDV tutulacaq.

1news.az banker.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Vergilər Nazirliyindən bildiriblər.

Məlumata görə, dünən Milli Məclisə təqdim edilən Vergilər Məcəlləsində, elektron ticarətə dair xüsusi qeyd vardır. Bu qeyddə xarici onlayn mağazalardan alınan mallara görə ƏDV tətbiqi qeyd edilib. Vergilər Nazirliyindən bildirilir ki, bu cür yanaşma yerli istehsalçılar və ticarətçilərə qarşı ədalətli addım olacaq.

Məlumat üçün bildirək ki, hazırda ƏDV üzrə faiz dərəcəsi 18% təşkil edir.

Paylaş:
1198

Son xəbərlər

Bütün xəbərlər