Ruhani Ermənistana səfər edəcək
İran prezidenti Həsən Ruhani Qazaxıstan, Ermənistan və Qırğızıstana səfər edəcək. Bu haqda İran prezidentinin mətbuat katibi Pərviz İsmaili bəyan edib.
Onun sözlərinə görə, Ruhaninin ilk səfəri dekabrın 21-də Ermənistana olacaq. Səfər çərçivəsində dövlət başçısı erməni həmkarı Serj Sarkisyanıla görüşərək münasibətlərin ikitərəfli inkişafını müzakirə edəcək. Bununla yanaşı, hər iki ölkənin biznes nümayəndələri Tehran və İrəvan arasında ticarət əlaqələrini də müzakirə edəcək.
Bundan sonra İran prezidenti Qazaxıstanın paytaxtı – Astanaya səfər edərək, burada ölkə lideri Nursultan Nazarbayevlə mətbuat konfransı keçirəcək. Birgünlük səfər çərçivəsində ölkələr arasında ikitərəfli əlaqələrin genişləndirilməsilə bağlı sənədlərin imzalanması da nəzərdə tutulub.
Sonda, dekabrın 22-də Ruhani Qırğızıstanın paytaxtı – Bişkekə səfər edəcək.
1news.az