Bəzi rayonlarda qar yağacaq, duman olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi rayonlarda qar yağacaq, duman olacaq

13:33 - 20 / 12 / 2016
Bəzi rayonlarda qar yağacaq, duman olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabr ayının 21-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman və çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, Bakıda gecə  0 dərəcəyə yaxın, gündüz 5-7 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət  gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin Böyük Qafqazın bəzi şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə şaxta,  gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

1news.az

Paylaş:
496

Son xəbərlər

Cəlil Xəlilov: “Onlar bu gün də xalqımızın rifahı üçün əzm və fədakarlıqla çalışmaqdadır”Bu gün, 10:20Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirirBu gün, 10:19Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİBBu gün, 10:16Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:08Dünya bazarlarında qızılın qiyməti bahalaşıbBu gün, 09:52COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcəkBu gün, 09:38Azərbaycan neftinin qiyməti 78 dolları keçibBu gün, 09:28İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 09:1920 sentyabra olan valyuta məzənnələri açıqladıBu gün, 09:16Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edibBu gün, 09:10Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilirBu gün, 09:06Binəqədidə restoranda yanğın olubBu gün, 09:06Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edibBu gün, 09:03Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23
Bütün xəbərlər