Kapital Bank-ın dəstəyi ilə “Qış Qalası” layihəsi keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Kapital Bank-ın dəstəyi ilə “Qış Qalası” layihəsi keçirilir

14:30 - 20 / 12 / 2016
Kapital Bank-ın dəstəyi ilə “Qış Qalası” layihəsi keçirilir

Kapital Bank-ın dəstəyi və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Qoşa Qala meydanında “Qış Qalası” adlı Yeni il yarmarkası keçirilir.

10 yanvar 2017-ci il tarixədək hər gün, saat 14:00-dan başlayaraq 16:00-dək uşaqlar üçün animatorların iştirakı ilə maraqlı şou keçiriləcək. Saat 19:00-dan 21:00-dək isə məşhur müğənnilərin iştirakı ilə konsert təşkil ediləcək.

Yarmarkada bayram suvenirlərinin, atributlarının satışı nəzərdə tutulur. Bundan başqa müxtəlif hədiyyəli müsabiqələr, həmçinin isti və soyuq qəlyanaltıların, şirniyyatların və içkilərin satışı həyata keçiriləcək. Yarmarkaya qatılanlar anket doldurmaqla xaricə 2 nəfərlik səyahət qazana biləcəklər.

Selfi çəkdirməyi sevənlər də hədiyyə qazanacaq. Yarmarkada ən yaxşı şelfi çəkib, #gishgalasiselfie heşteqi ilə sosial şəbəkədəki səhifələrinə yerləşdirənlər, İçəri Şəhərdə olan restorana 2 nəfərlik şam yeməyi qazana bilərlər.

Yarmarkanın balaca qonaqları da hədiyyəsiz qalmayacaqlar. Çünki uşaqlar tədbirdə Şaxta babaya məktub yazmaq imkanına malik olacaqlar. Xüsusi qutuya yığılan məktubların ən yaxşıları hədiyyə əldə edəcək.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Paylaş:
624

Son xəbərlər

Cəlil Xəlilov: “Onlar bu gün də xalqımızın rifahı üçün əzm və fədakarlıqla çalışmaqdadır”Bu gün, 10:20Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirirBu gün, 10:19Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİBBu gün, 10:16Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:08Dünya bazarlarında qızılın qiyməti bahalaşıbBu gün, 09:52COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcəkBu gün, 09:38Azərbaycan neftinin qiyməti 78 dolları keçibBu gün, 09:28İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 09:1920 sentyabra olan valyuta məzənnələri açıqladıBu gün, 09:16Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edibBu gün, 09:10Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilirBu gün, 09:06Binəqədidə restoranda yanğın olubBu gün, 09:06Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edibBu gün, 09:03Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23
Bütün xəbərlər