Akademik Arif Mehdiyev II Fəxri xiyabanda dəfn olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Akademik Arif Mehdiyev II Fəxri xiyabanda dəfn olunub

16:18 - 20 / 12 / 2016
Akademik Arif Mehdiyev II Fəxri xiyabanda dəfn olunub

AMEA-nın əsas binasında Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyevlə vida mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, mərasimdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri  Fatma Abdullazadə, baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, digər rəsmi şəxslər, mərhumun ailə üzvləri, millət vəkilləri, ziyalılar iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə mərasimdə çıxış edərək A. Mehdiyevin ölümünü Azərbaycan elmi üçün böyük itki kimi qiymətləndirib. O qeyd edib ki, Azərbaycanda fizika elminin inkişafında A. Mehdiyevin böyük xidmətləri olub:

“Arif Mehdiyev Moskvada təhsil alandan sonra istedadlı alim kimi Bakıya qayıtdı və fizika sahəsinə öz töhfələrini verməyə başladı. Qısa zaman ərzində o, görkəmli alim kimi tanındı, böyük uğurlara imza atdı. Arif Mehdiyev həmçinin Azərbaycanda kosmik tədqiqatların banilərindən idi. Onun etdikləri Azərbaycan elminin uğurudur”.

Mərasimdə çıxış edən Fizika İnstitutunun direktor müavini Cavad Abdinov, akademik Telman Əliyev və başqaları A. Mehdiyevin həyat və yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Vida mərasimindən sonra A. Mehdiyev II Fəxri xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, A.Mehdiyev 1934-cü ildə Bakıda anadan olub.

Moskvada Rabitə Elektrotexnika İnstitutunu bitirib. A.Mehdiyev 1992-ci ildən Beynəlxalq mühəndis akademiyasının həqiqi üzvü, 1996-cı ildən isə Amerika astronavtika və aeronavtika institutunun üzvüdür.

1news.az

Paylaş:
806

Son xəbərlər

Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58
Bütün xəbərlər