Camal Əzimbəyli: Əli Xamenei Azərbaycan insanlarını haqsız yerə zülmə məruz qoyan ermənilərə qarşı mövqe sərgiləsin! | 1news.az | Xəbərlər
Siyasət

Camal Əzimbəyli: Əli Xamenei Azərbaycan insanlarını haqsız yerə zülmə məruz qoyan ermənilərə qarşı mövqe sərgiləsin!

11:58 - 20 / 12 / 2016
Camal Əzimbəyli: Əli Xamenei Azərbaycan insanlarını haqsız yerə zülmə məruz qoyan ermənilərə qarşı mövqe sərgiləsin!

“Ali dini lider Azərbaycana qarşı yönələn çağırışların qarşısının alınması üçün nüfuzundan istifadə etməlidir”.

1news.az xəbər verir ki, bunu Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli İslam Respublikasının prezidenti Həsən Ruhaninin Ermənistana səfəri ilə bağlı xəbəri şərh edərkən bildirib:

İranın Ali Dini Lideri Ayətullah əl-üzma Seyid Əli Xameneiyə müraciət edərək öz nüfusundan istifadə etməsini bildirib.

Şərqşünas deyib ki, Əli Xamenei Azərbaycan insanlarını haqsız yerə zülmə məruz qoyan ermənilərə qarşı mövqe sərgiləsin, öz prezidentinin Ermənistana səfəri ilə bağlı qətiyyətli addımlar atsın:

“İranda Azərbaycana qarşı çağırışlar edirlər. Guya Azərbaycanda dini məsələlərlə bağlı hər hansı problemlər var, guya Azərbaycan dövləti yanlış siyasət yürüdür. Azərbaycanda dini, milli-mənəvi dəyərlərimizin təəssübkeşi Azərbaycan dövlətidir. Mən həmin fikirləri səsləndirənlərə demək istəyirəm ki, onlar Xocalı ilə bağlı, Qarabağ həqiqətləri ilə bağlı səslərini çıxarsınlar”.

Qeyd edək ki, Ruhani dekabrın 21-də Ermənistanda səfərdə olacaq. O, səfər çərçivəsində erməni həmkarı Serj Sarkisyanıla görüşərək münasibətlərin ikitərəfli inkişafını müzakirə edəcək. Bununla yanaşı, hər iki ölkənin biznes nümayəndələri Tehran və İrəvan arasında ticarət əlaqələrini də müzakirə edəcək.

Ruhaninin edəcəyi səfər Azərbaycanda etirazla qarşılanıb.

1news.az

Paylaş:
621

Son xəbərlər

Bütün xəbərlər