Türk diplomatın qızı Bakıda intihar etdi - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Türk diplomatın qızı Bakıda intihar etdi - YENİLƏNİB

10:50 - 21 / 12 / 2016
Türk diplomatın qızı Bakıda intihar etdi - YENİLƏNİB

Paytaxtda intihar olub.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Sarabski küçəsi ev 16, mənzil 38 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 15 yaşlı Türkiyə vətəndaşı Güllər Şəvval Umeyhan qızı özünü 10-cu mərtəbədən atıb.

İlkin məlumata görə, intihar edən qız təhsil aldığı litseydə cəzalandırılaraq 1 günlük dərsdən uzaqlaşdırılıb.

Onun bu səbəbdən intihar etdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Qafqazinfo.az-ın verdiyi xəbərə görə, intihar edən qızın atası Günler Arslan Azmi Türkiyənin Azərbaycandakı səfirliyində işləyir. O səfirin gömrük işləri üzrə müşaviridir.

1news.az

Paylaş:
5232

Son xəbərlər

Bütün xəbərlər