Azərbaycana gələn İran vətəndaşından psixotrop maddə götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana gələn İran vətəndaşından psixotrop maddə götürülüb

22:12 - 21 / 12 / 2016
Azərbaycana gələn İran vətəndaşından psixotrop maddə götürülüb

Astara Gömrük İdarəsində İrandan Azərbaycana sərnişin avtobusu ilə gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, yoxlama zamanı həmin şəxsin üzərində gömrük nəzarətindən gizlədilmiş 2 ədəd bükümdə, xalis çəkisi 1,947 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülüb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

1news.az

 

Paylaş:
524

Son xəbərlər

Bütün xəbərlər