Şaxta Baba işləmək istəyənlərin müraciəti araşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Şaxta Baba işləmək istəyənlərin müraciəti araşdırılır

11:06 - 21 / 12 / 2016
Şaxta Baba işləmək istəyənlərin müraciəti araşdırılır

Bakıda yeni il şənlikləri ilə bağlı Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün 9 cütlük Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinə müraciət edib.

1news.az xəbər verir ki, bu barədə Departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov Trend-ə məlumat verib.

Onun sözlərinə görə, hazırda Departamentdə müraciətlər araşdırılır:

“Bu gündən başlayaraq onların fəaliyyətinə icazə veriləcək. Müraciətlərin yaxın günlərdə artacağı da gözlənilir”.

1news.az

Paylaş:
789

Son xəbərlər

Bütün xəbərlər