Meteoroloqlardan xəbərdarlıq: Gilavar küləyi bəzi insanlarda narahatlıq yarada bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: Gilavar küləyi bəzi insanlarda narahatlıq yarada bilər

13:45 - 22 / 12 / 2016
Meteoroloqlardan xəbərdarlıq: Gilavar küləyi bəzi insanlarda narahatlıq yarada bilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabr ayının 23-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənən mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti,  Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 6-8 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 777 mm civə sütunundan 771 mm civə sütununa enəcək,  nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz  təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Lənkəran-Astara zonasında arabir çiskinli olacağı  gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan  3 dərəcəyədək olacaq.

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 23-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti fonunda mülayim qış havası meteohəssas insanlar üçün əsasən əlverişlidir. Dekabrın 24-də atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq yarada bilər.

1news.az

Paylaş:
640

Son xəbərlər

Bütün xəbərlər