DAA İş adamları Koordinasiya Şurası yaradılıb – FOTO
Bu gün qəbul olunan qərarla Dünya Azərbaycanlıları İş adamları Koordinasiya Şurası yaradılıb.
1news.az-a DAA-nın mətbuat xidmətindən verilən xəbərə görə, Şuranın yaradılmasında məqsəd dünyada fəaliyyət göstərən iş adamları arasında koordinasiya sisteminin təşkili, şirkətlərarası şəbəkələşmə işinin təşkili, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən iş adamlarının Azərbaycana investiyasiya qoyuluşuna cəlb etmək, iş adamlarının birgə yatırım təşəbbüslərinə həvəsləndirmək, eyni zamanda “Made in Azerbaijan” brendinin dünyaya çıxışına dəstək olmaqla yanaşı , təbliğ etməkdir.
Şuraya rəhbərlik Vəfa Muradzadəyə həvalə edilib. Şuranın sədr müavini postuna isə Günel Həsənova seçilib.
Qeyd edək ki, Vəfa Muradzadə 19.07.1968 Bakı şəhərində dünyaya gəlmişdir. Bakı Dövlət Universiteti Riyaziyyat fakultəsi , daha sonra isə BDU hüquq fakultəsini bitirmişdir. Sabir adına Pedaqoji Texnikomda müəllimə işləmiş, daha sonra özəl hüquq şirkətində vəkil olaraq iş həyatına davam etmişdir. 2006-cı ildən Vəfa – EK şirkətinin nəzdində Vəfə Tekstil olaraq istehsal fəaliyyətinə başlamış, ev tekstili məhsulları, işçi geyimləri, əktəbli geyimlərinin istehsalı ilə məşğul olmuşdur. 2015-ci ildə Vəfa Collection Show Room-nu təsis etmiş, istehsal sektorunda populuyarlıq qazanmışdır. Vəfa Collection 12 ölkə ilə əməkdaşlıq edir və “Made in Azerbaijan” brendi ilə dünya bazarına çıxır. Hazırda Sahibkarlar Konfedrasiyasının üzvü, Azərbaycan Türkiyə İş adamları Birliyinin üzvü , Respublika Qadınlar Cəmiyyətinin üzvüdür. Hazırda bir övladı var.
Şurada sədr müavini görəvini daşıyacaq Günel Məmmədhəsənova 15.09.1985-ci ildə Tovuz rayonunda dünyaya gəlmişdir. Azərbaycan Dillər Universitetinin filalogiya fakultəsini bitirmiş, Bakı şəhəri 179 nömrəli orta məktəbdə müəllimə daha sonra “Tovuz Baltiya MMC” – də icraçı direktor, “Azəri – France” şirkətində isə baş direktor olaraq iş fəaliyyətinə davam edir. Günel Məmmədhəsənova eyni zamanda 2015-ci ildə Fransada yaradılmış olan Azərbaycanın dostları Təşkilatının da üzvüdür. 2013- cü ildən Yeni Azərbaycan Partiyasının fəal üzvüdür. Ailəlidir.
Xatırladaq ki, Günel Məmmədhəsənovanın rəhbərlik etdiyi “Tovuz Baltiya” və “Azəri – Frans” müxtəlif ölkələrə “Made in Azerbaijan” brendi ilə çıxan yüksək keyfiyyətli şərabları ilə tanınır.
1news.az