Rusiya səfirini öldürənin ailəsi onun cəsədinə sahib çıxmır
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı sui-qəsdlə bağlı aparılan istintaq tədbirləri çərçivəsində saxlanılan qatil polis Mevlüt Mert Altıntaşın 6 ailə üzvü sərbəst buraxıldıqdan sonra yoxa çıxıb.
Sui-qəsdçinin cəsədini almaq üçün ailə üzvlərindən heç kim müraciət etməyib. Altıntaşın harada dəfn olunacağı da məlum deyil.
Ankara Cumhuriyyət Baş Prokurorluğunda səfirin öldürülməsiylə bağlı başladılan istintaq zamanı M.M. Altıntaşın vəzifəsindən kənarlaşdırılan dostu, komissar A.K. İstanbulda saxlanılıb.
Qeyd edək ki, dekabrın 19-da Ankara keçirilən Müasir Sənət Mərkəzindəki sərgi zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov öldürülüb. Hadisə zamanı 3 nəfər yaralanıb. Səfiri öldürən 22 yaşlı polis əməkdaşı Mevlüt Mert Altıntaş adlı şəxdir.
Hurriyet