Dünya liderləri İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Dünya liderləri İlham Əliyevi təbrik edib

09:31 - 22 / 12 / 2016
Dünya liderləri İlham Əliyevi təbrik edib

Bolqarıstanın prezidenti və Çin Xalq Respublikasının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum gününü münasibətilə təbrik məktubu ünvanlayıblar.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Bolqarıstan Respublikasının prezidenti Rosen Plevneliyevdən

Zati-aliləri.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik etmək və ən xoş arzularımı bildirmək istərdim. Sizə möhkəm cansağlığı və çox məsuliyyətli işinizdə uğurlar arzulayıram.

Ölkələrimiz arasında strateji əməkdaşlığın inkişaf edəcəyinə və xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcəyinə inandığımı bildirməkdən şərəf duyuram.

Hörmətli cənab Prezident, bir daha Sizə olan dərin ehtiramımı çatdırmaq istərdim”.

 

Çin Xalq Respublikasının sədri Si Cinpinin təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram.

Son illərdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələr daim inkişaf edir. İki ölkə arasında qarşılıqlı siyasi etimad möhkəmlənir, iqtisadi, ticari, humanitar və digər sahələrdə əməkdaşlıq sabit olaraq inkişaf edir, ənənəvi dostluq günbəgün möhkəmlənir.

Dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında xalqlarımızın rifahı naminə səmimi əməkdaşlığın daha da dərinləşməsi üçün Sizinlə bərabər səy göstərmək istəyirəm.

Sizə möhkəm cansağlığı arzulayıram”.

Həmçinin Monteneqronun prezidenti Filip Vuyanoviç, Qazaxıstan prezidenti Nursultan Nazarbayev də dövlət başçımızı təbrik edib.

1news.az

Paylaş:
441

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər