Rusiyada içkidən zəhərlənərək ölənlərin sayı 63 nəfərə çatıb | 1news.az | Xəbərlər
Dünya

Rusiyada içkidən zəhərlənərək ölənlərin sayı 63 nəfərə çatıb

09:46 - 22 / 12 / 2016
Rusiyada içkidən zəhərlənərək ölənlərin sayı 63 nəfərə çatıb

Rusiyanın İrkutsk şəhərində tərkibində spirt olan "Yemişan" içkisindən zəhərlənərək ölənlərin sayı 63 nəfərə, yaralıların sayı isə 109 nəfərə çatıb.

Bu barədə  Rusiya Səhiyyə Nazirliyinin regional nümayəndəliyindən bildirilib. Məlumatda bildirilir ki, xəsarət alanlardan biri gecə ərzində xəstəxanada dünyasını dəyişib. Hazırda tibb müəssisələrində 37 nəfər müalicə alır.

İrkutskda tərkibində spirt olan məhsullarının satışı qadağan edilib. Qadağa ticarət nöqtələrində yoxlamalar başa çatanadək qüvvədə olacaq.

Faktla bağlı araşdırma aparılır. Kütləvi zəhərlənmə ilə əlaqədar şübhəli bilinən 12 nəfər saxlanılıb.

TASS

Paylaş:
820

Son xəbərlər

Bütün xəbərlər