Prezident Ombudsman Aparatının əməkdaşlarını təltif edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Ombudsman Aparatının əməkdaşlarını təltif edib

20:48 - 23 / 12 / 2016
Prezident Ombudsman Aparatının əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatı əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının aşağıdakı əməkdaşları təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Ağayev Faiq Bahadur oğlu

Rumzadə Rəşid Faiq oğlu

Səfixanlı Aydın Məhəmməd oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Abbasov Səbuhi Mehdi oğlu

Cahangirova Turan Eyvaz qızı

Heybətov Əli Nəsir oğlu

Heydərov Vüqar Vaqif oğlu

İsmayılov Ziya Cavanşir oğlu

Məmmədov Pərviz Bəhərçin oğlu”.

1news.az

 

Paylaş:
1112

Son xəbərlər

Bütün xəbərlər