Xaçmazda yanan evdən kişi meyiti tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda yanan evdən kişi meyiti tapıldı

10:08 - 23 / 12 / 2016
Xaçmazda yanan evdən kişi meyiti tapıldı

Bu gün gecə saatlarında Xaşmaz rayonunda evlərdən birində güclü yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonu, Çılğır kəndində vətəndaşa məxsus ümumi sahəsi 132 m2 olan birmərtəbəli 2 otaq, aynabənddən ibarət evin və ümumi sahəsi 22 m2 yardımçı tikilinin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi 1953-cü il təvəllüdlü Hüseynov Ağahüseyn Hidayət oğlunun meyiti aşkar olunaraq aidiyyatı qurumlara təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
673

Son xəbərlər

Bütün xəbərlər