Narkotik maddələrin qaçaqmalçılığı 7,2 dəfə artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotik maddələrin qaçaqmalçılığı 7,2 dəfə artıb

22:54 - 23 / 12 / 2016
Narkotik maddələrin qaçaqmalçılığı 7,2 dəfə artıb

Bu il 49 milyon 319 min manat dəyərində qa­çaq­malın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb ki, bu göstərici 2015-ci il ilə müqayisədə 8,3 dəfə çox olub.

1news.az xəbər verir ki, bu barədə bu gün Dövlət Sərhəd Xidmətinin 2016-cı ildə xid­məti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində məlumat verilib.

Məlumata görə, 2016-cı ildə 2015-ci il ilə müqayisədə 7,2 dəfə çox narkotik vasi­tənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb (2015-ci ildə 165 kq 185 qram narkotik vasitə tutulduğu halda, 2016-cı ildə bu göstərici 1 ton 189 kq 997,7 qram olub).

1news.az

 

Paylaş:
722

Son xəbərlər

Bütün xəbərlər