“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçir | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçir

11:07 - 23 / 12 / 2016
“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçir

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin Daşımaları Departamentinin kollektivi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova 1news.az-a bildirib ki, sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 20-25, bəzən də 30 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək:

“Sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir”.

1news.az

Paylaş:
864

Son xəbərlər

Bütün xəbərlər