Prezident MİDA-nın ilk binasının təməlini qoyub | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezident MİDA-nın ilk binasının təməlini qoyub

12:55 - 24 / 12 / 2016
Prezident MİDA-nın ilk binasının təməlini qoyub

Bu gün Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilib.

1news.az Azərtac-a istinadən xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

MİDA-nın direktoru Samir Nuriyev dövlətimizin başçısına yaşayış kompleksində görüləcək işlər barədə məlumat verib.

Prezident İlham Əliyev Yasamal Yaşayış Kompleksində inşa olunacaq ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlini qoyub.

Sonra dövlətimizin başçısı mərasimdə çıxış edib.

1news.az

Paylaş:
1876

Son xəbərlər

Bütün xəbərlər