Patriarx Kirill: “İlham Əliyevi dünyada ən çətin məsələləri həll etməyə qadir olan siyasi xadim kimi tanıyırlar” | 1news.az | Xəbərlər
Rəsmi

Patriarx Kirill: “İlham Əliyevi dünyada ən çətin məsələləri həll etməyə qadir olan siyasi xadim kimi tanıyırlar”

15:07 - 24 / 12 / 2016
Patriarx Kirill: “İlham Əliyevi dünyada ən çətin məsələləri həll etməyə qadir olan siyasi xadim kimi tanıyırlar”

Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

1news.az dövlət başçısının saytına istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

“Sizi 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Dünyada Sizi ən çətin məsələləri həll etməyə qadir olan təcrübəli və əsl peşəkar siyasi xadim kimi tanıyırlar. Siz hörmətli atanız Heydər Əlirza oğlunun siyasətini davam etdirərək ali dövləti vəzifədə fədakarcasına Vətənin və xalqın rifahına xidmət edirsiniz.

Bu gün Azərbaycan sosial-iqtisadi və mədəni sahələrdə dinamik inkişaf edir. Sevindirici haldır ki, Siz öz fəaliyyətinizdə respublikada millətlərarası və dinlərarası sülhün dəstəklənməsinə də böyük önəm verirsiniz.

Əminəm ki, dövlət hakimiyyəti ilə Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyasının cəmiyyətdə vətəndaş həmrəyliyinin qorunub saxlanmasına və ənənəvi mənəvi-əxlaqi dəyərlərin bərqərar edilməsinə yönələn səmərəli qarşılıqlı fəaliyyəti daha da möhkəmlənəcək.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, mənəvi rahatlıq, bütün xeyirxah işlərdə və təşəbbüslərdə uğurlar diləyirəm”.

1news.az

Paylaş:
743

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər