Azərbaycanda molla yas idarə edərkən öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda molla yas idarə edərkən öldü

14:13 - 25 / 12 / 2016
Azərbaycanda molla yas idarə edərkən öldü

Bu gün Salyan rayonunun Kürkənd kəndində, yaşadığı evin qonşuluğunda keçirilən yas məclisini idarə edərkən 81 yaşlı molla Fitat Muradov dünyasını dəyişib.

1news.az-ın virtualaz.org-a istinadən məlumatına görə, Fitat Muradov yas mərasimlərinin məşhur mərsiyəxanı kimi tanınıb.

Onun qəfil ürəktutmasından vəfat etdiyi bildirilir.

1news.az

Paylaş:
628

Son xəbərlər

Bütün xəbərlər