Şair İlyas Tapdıq vəfat edib
Azərbaycanın tanınmış şairi vəəfat edib.
1news.az xəbər verir ki, bu barədə kulis.az-a şair Ayaz Arabaçı məlumat verib.
O bildirib ki, İlyas Tapdıq bu gün axşam saatlarında evində vəfat edib.
Qeyd edək ki, 82 yaşlı şair bir müddət ürəyindən müalicə olunub.
Şairin kürəkəni Kamandar Eyvazlının sözlərinə görə, İlyas Tapdıq dekabrın 26-da Badamdar qəbirstanlığında, həyat yoldaşının yanında dəfn olunacaq.
Xatırladaq ki, şair və tərcüməçi İlyas Tapdıq 1930-cu ildə Gədəbəydə anadan olub. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil alıb. Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlayıb. Uşaqgəncnəşrdə redaktor (1957-1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962-1968), "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978-1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində işləyib.
1news.az