Qərargah: Uçan estakadaya aid olduğu ehtimal edilən 100 çeşiddən artıq əşya tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qərargah: Uçan estakadaya aid olduğu ehtimal edilən 100 çeşiddən artıq əşya tapılıb

13:23 - 26 / 12 / 2016
Qərargah: Uçan estakadaya aid olduğu ehtimal edilən 100 çeşiddən artıq əşya tapılıb

Axtarış-xilasetmə Qərargahı itkin düşən neftçilərin axtarışı ilə bağlı yeni məlumat yayıb.

Qərargahdan 1news.az-a verilən məlumata görə, Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları, Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzləri və N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyəti də daxil olmaqla ümumilikdə 700 – dən artıq canlıq qüvvə və nazirliyin Sularda Xilasetmə Xidmətinin dalğıcları cəlb edilməklə, uzunluğu 145 km, eni isə 120 km olan geniş ərazidə fasiləsiz olaraq axtarış – xilasetmə əməliyyatları davam etdirilməkdədir.

İlk gündən axtarış – xilasetmə əməliyyatlarına cəlb olunan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz “ROV” sualtı aparatlar quraşdırılan “Məmməd Süleymanov” “Təbriz Xəlilbəyli” axtarış – xilasetmə gəmiləri, uçmuş estakadaların ərazisində 24 saat sualtı video axtarış əməliyyatlarını davam etdirməkdədir.

Axtarış – xilasetmə əməliyyatları zamanı, uçan estakadaya aid olduğu ehtimal edilən 100 çeşiddən artıq artıq əşya tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Mövzu ilə əlaqədar:

İtkin düşən neftçilərdən birinin meyiti tapılıb – YENİLƏNİB

Prezident itkin düşmüş neftçilərin axtarışı ilə bağlı göstəriş verib

Qərargah: İtkin düşən neftçilərin axtarışı nəticəsizdir 

Kəmaləddin Heydərov və Rövnəq Abdullayev neftçilərin itkin düşdüyü ərazidədirlər

Xəzərdə baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb

İtkin düşən neftçilərin tapılması üçün axtarış-xilasetmə zonası genişləndirilib

Neftçilərin axtarışına 44 gəmi və üzən vasitə, 6 helikopter, 700-dən artıq canlı qüvvə cəlb olunub – FOTO

1news.az

Paylaş:
1167

Son xəbərlər

Bütün xəbərlər