“Şərurlu İsfəndiyar”a qarşı dələduzluq edən şəxsin məhkəməsində tanınmış meyxanaçı ifadə verib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Şərurlu İsfəndiyar”a qarşı dələduzluq edən şəxsin məhkəməsində tanınmış meyxanaçı ifadə verib

22:37 - 26 / 12 / 2016
“Şərurlu İsfəndiyar”a qarşı dələduzluq edən şəxsin məhkəməsində tanınmış meyxanaçı ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Asif Priəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

1news.az “Report”a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda tanınmış meyxanaçı Elşən Xəzər (Elşən Qürbətov) ifadə verib.

E.Xəzər dindirilərkən bildirib ki, A.Pirəliyevlə yaxın münasibətləri olub, mənzili onun vasitəsi ilə alıb:

“Mən binaya yoxlama gələndə sənədləri verdim, onlar yoxladılar. Ödənişləri göstərən çekləri də təqdim etdim. Sənədlər qaydasında idi. Mənzilin orderi var, amma kupçası yoxdur. Məni İsfəndiyar Axundovun özü də tanıyır. Pulu kimə verdiyimi xatırlamıram”.

A.Pirəliyev E.Xəzərlə münasibətlərinin olduğunu, ancaq pulun tanışına verildiyini söyləyib.

Qeyd edək ki, A.Pirəliyev İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) məxsus evləri ondan xəbərsiz satmaqda və tikinti sahəsində bir neçə dələduzluq əməlində təqsirli bilinir.

İttihama aktına əsasən, A.Pirəliyev İ.Axundovun adamı H.Əliyevlə birlikdə "Şərur" MMC-nin Xətai rayonu, Xudu Məmmədov küçəsində inşa etdiyi binada olan bir neçə evi satıb. İ.Axundovun şikayəti ilə hər iki şəxs cinayət məsiliyyətinə cəlb olunub. Cinayət işində İ.Axundova ümumilkdə 1 milyon 900 min manat dəyərində ziyan dəydiyi göstərilib.

1news.az

Paylaş:
574

Son xəbərlər

Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02
Bütün xəbərlər