“Metropark”da bədbəxt hadisə | 1news.az | Xəbərlər
Cəmiyyət

“Metropark”da bədbəxt hadisə

11:09 - 26 / 12 / 2016
“Metropark”da bədbəxt hadisə

Bakı şəhəri, Nərimanov rayonunda yeləşən “Metropark” ticarət mərkəzində bədbəxt hadisə baş verib.

1news.az “Report”a istinadən xəbər verir ki, ticarət mərkəzində eskalatorla hərəkət edən 6 yaşlı A.B. adlı qız ağır xəsarət alıb.

Belə ki, 2010-cu il təvəllüdlü uşağın ayağı eskalatora ilişib və barmağının bir hissəsi qopub. Azyaşlı xəstəxanaya çatdırılıb, onun ayağının bir barmağı amputasiya olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

1news.az

Paylaş:
1106

Son xəbərlər

Bütün xəbərlər