Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciətlərin sayı artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciətlərin sayı artıb

23:35 - 26 / 12 / 2016
Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciətlərin sayı artıb

Cari ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə 1 milyon 925 min 253 dəfə müraciət edilib ki, bu da ötən ilin eyni dövrü ilə 5,3 faiz çoxdur.  

1news.az-ın məlumatına görə, sistemdə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsinin müvafiq bildiriş formasında qeydiyyatdan keçirilməsi  “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə yerinə yetirilir. Həmin e-xidmətdən istifadə sayında artım  dinamikası cari ildə də davam edib. Belə ki, bu ilin 11 ayında “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə ötən ilin müvafiq dövrünə nisbətən 33,7 faiz çox, yəni 1 759 188 dəfə müraciət edilib. 

Yaxud ötən ay bu e-xidmətdən istifadə sayı cari ilin sentyabr ayı ilə müqayisədə 34,1 faiz, oktyabr ayı ilə müqayisədə isə 18,1 faiz çoxalaraq 190 090- a çatıb. 

Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi işçilərə onlarla bağlı əmək müqaviləsi bildirişləri barədə məlumatların real vaxt rejimində əldə edilməsi imkanı da verir. Bu məqsədlə fəaliyyət göstərən “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti «Elektron hökumət» portalında ən çox müraciət olunan e-xidmətlər sırasındadır. Cari ilin 11 ayında vətəndaşlar həmin e-xidmətdən 166 065 dəfə  faydalanıblar.

Ölkəmizdə əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin tətbiqinə 2014-cü ilin iyul ayından başlanılıb və cari ilin 01 dekabr tarixinə qədər əhali bu sistemdən 6,4 milyon dəfə istifadə edib.

1news.az

Paylaş:
666

Son xəbərlər

Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02
Bütün xəbərlər