Tanınmış tarixçi Məşədixanım Nemətova vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tanınmış tarixçi Məşədixanım Nemətova vəfat edib

12:18 - 26 / 12 / 2016
Tanınmış tarixçi Məşədixanım Nemətova vəfat edib

Tanınmış tarixçi alim, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətova 93 yaşında vəfat edib.

1news.az xəbər verir ki, bu barədə Lent.az-a M. Nemətovanın qızı Vəfa Quliyeva məlumat verib.

Onun sözlərinə görə, anasının vəziyyəti noyabr ayından daha da pisləşmişdi:

“Şəkəri, beynində müəyyən problemlər  var idi. Noyabrın 20-dən halı lap pisləşdi, keçən həftədən yeməkdən kəsildi, son 2 günü su da içmədi. Bu gün 9-a işləmiş dünyasını dəyişdi”.

V. Quliyeva deyib ki, anasının dəfni ilə əlaqədar hazırda AMEA rəhbərliyindən cavab gözləyirlər:

“Əgər Fəxri Xiyabanda dəfn etmək alınmasa, II Zabrat qəbiristanlığında dəfn olunacaq”.

1news.az

Paylaş:
1096

Son xəbərlər

Bütün xəbərlər