Deputat istifadə etdiyi “Azərbaycan cəmiyyətinin “otxod”ları” ifadəsinə aydınlıq gətirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat istifadə etdiyi “Azərbaycan cəmiyyətinin “otxod”ları” ifadəsinə aydınlıq gətirib

12:41 - 26 / 12 / 2016
Deputat istifadə etdiyi “Azərbaycan cəmiyyətinin “otxod”ları” ifadəsinə aydınlıq gətirib

Milli Məclisin deputatı Astan Şahverdiyev ictimaiyyət tərəfindən rezonans doğuran ifadəsinə aydınlıq gətirib.

Belə ki, yaxın günlərdə millət vəkili Astan Şahverdiyev “Azadlıq Radiosu”na müsahibə verib. Müsahibə zamanı Biləsuvarda dekabrın 22-də baş tutmuş aksiya iştirakçılarını “narkoman və əyyaş” adlandırıb.

Aksiyanın səbəbi 20 min sakinin yaşadığı 11 qəsəbədə işıqların tez-tez kəsilməsi olub. 

“Onlar arasında əyyaş və cəmiyyətin digər tullantıları da var” – deyə “Azadlıq Radiosu” deputatın sözlərini sitat gətirir.

Daha sonra deputat Rusiyaya qazanc dalınca gedən azərbaycanlılar haqda qeyd edib ki, onlara görə bütün xalq haqqında mənfi fikir formallaşır:

 “Bilirsiniz səbəb nədir? Mən bu məsələni araşdırmışam. Bilirsiniz Rusiyaya kimlər gedir? Cəmiyyətin “otxod”ları gedir”.

Bu müsahibə Azərbaycan ictimaiyyəti arasında mənfi reaksiyaya səbəb olub. Bununla bağlı deputat təəssüflə bildirib ki, bu kobud ifadəni işlətmək istəməzdi (Modern.az-ın sitatı): 

“Fikirlərimi düzgün ifadə etməmişəm. Buna görə də təəssüf hissi keçirirəm ki, ifadəm belə alınıb”.  

Astan Şahverdiyev bildirib ki, Biləsuvarda baş verən hadisə ilə bağlı “Azadlıq Radiosu”ndan ona zəng ediblər:

“Oradakı yaralı polisləri gördükdən sonra stres keçirdim. Bu vaxt mənə zəng etdilər. Mən insanları təhqir etmək istəməzdim”.

“Mən Avropada, Rusiyada elə sahibkarlar tanıyıram ki, onlar Azərbaycan xalqını yüksək səviyyədə təmsil edilər. Digər tərəfdən də etiraf edək ki, xalqımıza layiq olmayan tərzdə də təmsil olunuruq. Bu yaxınlarda Tümen şəhərindən olan bir nəfər alim mənə dedi ki, “sizin adamlar bazar adamlarıdır”. Mən həmin vaxt lazımi səviyyədə onun cavabını verdim”, - deyə deputat bildirib.

Bununla yanaşı o, etiraf edib ki, düzgün ifadə işlətməyib:

“Fikirlərimi düzgün ifadə etməmişəm. Buna görə də təəssüf hissi keçirirəm ki, ifadəm belə alınıb. İndi mənim ünvanıma yazırlar ki, “Astan Şahverdiyev Azərbaycan üçün nə edib?”. Demək istəyirəm ki, mən elmi sahədə Azərbaycanı bütün Avropaya tanıtmışam. Mənim iştirak etdiyim seminarlar, toplantılar və Avropa Birliyilə yerinə yetirdiyim layihə sübut edir ki, mən bu xalqa nə cür bağlıyam. Bunlar çox da döşlərinə döyməsinlər. Mən elmi fəaliyyətimi davam etdirmək üçün 1993-cü ildə İstanbula getməliydim, amma rayon işğal olunduğuna görə getmədim”.

Qeyd edək ki, deputatın modern.az-a şərhlərinin həqiqliyini 1news.az-ın müxbirinə onun köməkçisi təsdiqləyib.

1news.az

Paylaş:
1455

Son xəbərlər

Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55
Bütün xəbərlər