Bulvarda pulsuz atraksionlar olacaq
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Dənizkənarı Milli Parkda atəşfəşanlıq olacaq.
1news.az ATV-yə istinadən xəbər verir ki, 31 dekabrda əqrəblər gecə yarısını göstərəndə möhtəşəm atəşfəşanlıq olacaq və Bakı Yeni ili qarşılayacaq.
Konsert proqramı olmayacaq. Amma atəşfəşanlıq üçün artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müraciət olunub və qurğular quraşdırılır.
Dekabrın 30-da bulvarda 15 yaşına qədər uşaqlar üçün aksiya da keçiriləcək. Bulvar ərazisindəki bütün attraksionlar saat 10:00-dan 14:00-a qədər pulsuz olacaq.
1news.az
3595