İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

10:32 - 27 / 12 / 2016
İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

Prezident İlham Əliyev dekabrın 27-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, 2016-cı ilin Azərbaycan-İran əlaqələrinin tarixində xüsusi yer tutduğunu vurğulayan dövlətimizin başçısı bu il ərzində baş tutan görüşlərə toxunaraq İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə çox səmərəli görüşün keçirildiyini məmnunluqla xatırladı. Prezident İlham Əliyev ölkələrimiz arasında bu il, həmçinin önəmli sənədlərin imzalandığını və onların artıq icra edildiyini dedi. 2017-ci ilin də uğurlu olacağına, ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə və mühüm əhəmiyyət daşıyan layihələrin icra olunacağına əminliyini ifadə edən dövlətimizin başçısı əlaqələrimizin genişləndirilməsində hökumətlərarası birgə komissiyanın fəaliyyətini xüsusi qeyd etdi. Dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının ilk reysinin yola salınacağını əlamətdar hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev dəmir yolunun fəaliyyətinə uğurlar arzuladı.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ad günü münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, eyni zamanda, Yeni il bayramı münasibətilə də Prezident İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı. Mahmud Vaezi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. Mahmud Vaezi ona İran Prezidentinin hökumətlərarası birgə komissiyanın iclası çərçivəsində Prezident İlham Əliyevin tövsiyələrinin yerinə yetirilməsi və 2017-ci ildə ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı yol xəritəsinin hazırlanmasına dair tapşırıqlar verdiyini bildirdi.

Görüşdə 2016-cı ildə Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən ticarət mübadiləsinin artımı, investisiya qoyuluşu, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin regionları arasında əməkdaşlığın genişləndirilməsinin önəmi qeyd olundu, Neftçalada avtomobil zavodunun inşasının uğurla davam etdirilməsi və yaxın vaxtlarda Pirallahıda birgə dərman istehsalı zavodunun təməlqoyma mərasiminin keçiriləcəyi iqtisadi sahədə əməkdaşlığımızın yaxşı nümunəsi kimi dəyərləndirildi.

Söhbət zamanı Naxçıvanda keçiriləcək Azərbaycan-İran biznes-forumunun önəmi vurğulanaraq forumun ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezident Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

1news.az

Paylaş:
752

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər