Qəzaya uğrayan Tu-154 təyyarəsinin qara qutusu tapılıb
Dalğıclar Rusiya Müdafiə Nazirliyinin Tu-154 təyyarəsinin Qara dənizdə qəzaya uğradığı yerdə qara qutu tapıblar. Bu barədə TASS-a güc strukturları məlumat verilib.
Güc strukturları bildiriblər ki, axtarış işləri zamanı təyyarənin kabinəsinin altında bir qara qutu tapılıb. Yaxın vaxtlarda sudan çıxarılacaq. Daha iki bort qara qutu təyyarənin quyruq hissəsində yerləşir. Onlar hələ tapılmayıb.
Təyyarənin qəzaya uğradığı ərazidə həlak olanların cəsədləri aşkarlanıb.
"Axtarış işləri zamanı həlak olanların xeyli sayda qalıqları və üç cəsəd aşkar edilib", - deyə mənbə bildirib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsi dekabrın 25-də qəzaya uğrayıb.
Təyyarə Latakiyaya (Suriya) uçurdu. Qəza zamanı 92 nəfər həlak olub. Bunlardan səkkiz nəfəri ekipaj üzvü, 84 nəfəri isə – Valeri Xəlilovun rəhbərliyi ilə ansamblın üzvləri, üç kanalın jurnalisti, xeyriyyə təşkilatının nümayəndələri, hərbçi və məmurlar olub.
Mövzu ilə əlaqədar oxuyun:
Rusiyanın 92 nəfərlik təyyarəsi Qara dənizə düşüb - FOTO - VİDEO
27 gəmi, 14 helikopter və 3 min hərbçi Qara dənizdə axtarışlar aparır
1news.az