Maşında 22 mindən çox müxtəlif markalı siqaret aşkar edildi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Maşında 22 mindən çox müxtəlif markalı siqaret aşkar edildi – FOTO

13:19 - 28 / 12 / 2016
Maşında 22 mindən çox müxtəlif markalı siqaret aşkar edildi – FOTO

Azərbaycan vətəndaşının idarə etdiyi avtomobildə külli miqdarda siqaret aşkar olunub.

1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Koitəsindən məlumat veriblər.

Məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı minik avtomobili Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunun qarşısındakı terminalın həyətində saxlanılıb.

Baxış zamanı avtomobilin yük yerində Azərbaycan Respublikasının aksiz markasıyla markalanmayan 22.600 ədəd müxtəlif  markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər