Ən bahalı pərakəndə satış brendi məlum olub | 1news.az | Xəbərlər
Dünya

Ən bahalı pərakəndə satış brendi məlum olub

15:20 - 28 / 12 / 2016
Ən bahalı pərakəndə satış brendi məlum olub

“Kantar” analitik şirkəti elektron ticarət nəhəngi “Amazon” şirkətini dünyanın ən bahalı pərakəndə satış brendi seçib.

1news.az ICTnews-a istinadən xəbər verir ki, 2016-2017-ci illərin 25 ən bahalı pərakəndə satış brendi reytinqinə görə, ABŞ-ın internet pərakəndə satış şirkətinin dəyəri 98,98 milyard dollar qiymətləndirilib ki, bu da bir il əvvəlki göstəricidən 59 faiz çoxdur.

Məlumata görə, siyahıda ikinci yeri tutan Çinin “Alibaba” elektron ticarət holdinqi 49,29 milyard dollar qiymətləndirilib. Bu, ötən ilin nəticələrindən 26 faiz azdır.

Sonrakı yerlərdə “Home Depot” (36,44 milyard dollar, +32 faiz), “Walmart” (27,27 milyard dollar, - 23 faiz) və “IKEA” (18,08 milyard dollar, +6 faiz) şirkətləri qərarlaşıb.

Reytinqdə ilk 25 brendin ümumi dəyəri 2015-ci illə müqayisədə 7 faiz artıb. “Kantar” analitikləri qeyd ediblər ki, ilk onluqda 3 informasiya texnologiyaları şirkəti - “Amazon”, “Alibaba” və “eBay” yer alıb.

1news.az

Paylaş:
619

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər