Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib
Ümumrusiya Azərbaycan Konqresinə (ÜAK) yeni prezident seçilib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ÜAK-ın IV Qurultayında keçirilən səsvermədə tanınmış ictimai xadim, tibb elmləri namizədi, professor Fazil Qurbanov qurumun yeni prezidenti olub.
Qurultayda ÜAK-ın Rəyasət Heyəti və Mərkəzi Şurasına yeni üzvlər də seçilib.
Qurultayda ÜAK-ın Rəyasət Heyəti və Mərkəzi Şurasına yeni üzvlər də seçilib.
Rəyasət Heyətinə 40, Mərkəzi Şuraya isə 160 nəfər daxildir.
On nəfər isə qurumun vitse-prezidenti seçilib. Bunlar Mehrac Babayev, Vaqif Bayramov, Elman Bayramov, Mixail Qusman, Qod Nisanov, Əlizaman Rəhimov, Aleksandr Romaşin, Tahir Salahov, Ələsgər Tağıyev və İsgəndər Xəlilovdur.
Qurultayda Ümumrusiya Azərbaycan Konqresi adından Azərbaycan və Rusiya prezidentlərinə müraciət qəbul olunub.
Tədbir işini tamamlayıb.
1news.az