Bakıda 5000 dollar borcu olan şəxsi hava limanında saxlanıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 5000 dollar borcu olan şəxsi hava limanında saxlanıldı - FOTO

20:31 - 28 / 12 / 2016
Bakıda 5000 dollar borcu olan şəxsi hava limanında saxlanıldı - FOTO

Şirkətə borcu olan vətəndaş aeroportdan buraxılmadı.

1news.az fins.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə xaricə çıxışına qadağa qoyulan şəxs aeroportdan geri qaytarılıb.

Bu barədə hüquqşünas Pərviz Məmmədov sosial şəbəkədə məlumat verib.

Şirkətlərdən birinə 5000 dollar borcu olan vətəndaş məhkəmə qərarlarına məhəl qoymayaraq borcu ödəməkdən yayınıb. Xaricə çıxışına qadağa qoyulmasını isə hava limanında öyrənib.

Dubayda Yeni il qarşılamağa gedən həmin şəxs geri qayıdaraq borcunu ödəyib. Onun tanınmış şəxs olmasını əsas gətirərək adını açıqlamayıblar.

1news.az

Paylaş:
548

Son xəbərlər

Bütün xəbərlər