Sumqayıtda mağazadan qızıl sırğa oğurlayan qadın tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda mağazadan qızıl sırğa oğurlayan qadın tutuldu

1news Redaksiyası11:56 - 28 / 12 / 2016
Sumqayıtda mağazadan qızıl sırğa oğurlayan qadın tutuldu

Sumqayıtda mağazadan oğurluq edən qadın saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, dekabrın 26-da Sumqayıt şəhəri ərazisində yerləşən ticarət mərkəzlərindən birində şəhər sakini Rəşid Mürsəlova məxsus mağazadan qızıl sırğa oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Çiçək Rəhimova Sumqayıt Şəhər Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq 4-cü PB-yə təhvil verilib.

1news.az

Paylaş:
648

Son xəbərlər

Bütün xəbərlər