Gənclər təşkilatı Qarabağda uşaqlar üçün bayram şənliyi keçirib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənclər təşkilatı Qarabağda uşaqlar üçün bayram şənliyi keçirib – FOTO

15:10 - 29 / 12 / 2016
Gənclər təşkilatı Qarabağda uşaqlar üçün bayram şənliyi keçirib – FOTO

Gənclər üçün Təhsil Mərkəzi-nin (GTM) Qarabağ Regional ofisinin nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

1news.az-a təşkilatdan verilən xəbərə görə,     tədbirdə çıxış edən GTM-nin Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı  əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında uşaq və yeniyetmələrə məlumat verərək, bu günün əhəmiyyətindən söhbət açıb.

Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün  həyata keçirilən bayram tədbirində Ağcabədi Rayon İcra Hakimiyyəti nümayəndəsi Təyyar Hacıyev,Yeni Azərbaycan Partiyasının  əməkdaşları  Ramil  Nağıyev , Mehman Novruzov , 2 saylı körpələr evinin direktoru Səadət Həsənova və ADPU Ağcabədi filialının müəllim və tələbə kollektivi   çıxış edərək, iştirakçıları əlamətdar bayramlar münasibətilə təbrik edib, onlara xoşbəxtlik və firavan həyat arzulayıblar.

Sonda  “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin şagirdlərinin ifasında musiqi nömrələri və səhnəciklər iştirakçılara əsl bayram ovqatı bəxş edib.

1news.az

 

Paylaş:
749

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər