Abxaziya – Ermənistanın Qara dəniz sahilidir | 1news.az | Xəbərlər
Dünya

Abxaziya – Ermənistanın Qara dəniz sahilidir

09:21 - 29 / 12 / 2016
Abxaziya – Ermənistanın Qara dəniz sahilidir

Gürcüstanda nəşr olunan iqtidaryönümlü gürcü dilli “Asaval-dasaval” (“Kələ-kötür”) qəzetinin 50 (1153) saylı buraxılışında alim və tədqiqatçı, tarix elmləri doktoru, erməni məsələsinin araşdırıcısı Aleksandre Abdaladze ilə “Viza rejiminin liberallaşdırılması gürcülərin Gürcüstanı tərk etməsi, ermənilərin isə Gürcüstanda məskunlaşmasını asanlaşdıracaqdır” sərlövhəli müsahibəsi dərc edilib.

Ermənilərin lap qədim zamanlardan bütün Qafqaz regionunu, eləcə də Gürcüstanı erməniləşdirmək planının həyata keçirməyə çalışırlar. Lakin onların arzusunun həyata keçmədiyini xatırladan yazıda vurğulanır ki, buna baxmayaraq ermənilərin xəyali imperiya qurmaq səyləri hələ də bitməyib. Bütün Qafqazın erməniləşdirilməsi planı XIX əsrin sonlarında yenidən vüsət aldı və Rusiya imperiyası Gürcüstanda da erməni məsələsindən istifadə etməyə başladı.

“Böyük Ermənistan”ın yaradılması və bütün Qafqazın erməniləşdirilməsi planı bu gün də mövcuddur?” sualına alim belə cavab verib: “Bəli, bu plan indi də mövcuddur. XIX əsrin sonunda yaranan Daşnaksutyun təşkilatı bu gün də mövcuddur və kəskin surətdə, açıq şəkildə erməni şovinist dairələrinin arzularını həyata keçirməyə çalışır. Həmin daşnaklara məxsus bir deyim var: “Gürcü milləti ölü millətdir və Qafqazda onların yerini biz ermənilər tutmalıyıq”. Daşnakların planlarına təkcə Abxaziyanın deyil, Acarıstan və Cəvahetiyanın da da zəbt edilməsi daxildir”.

“Son zamanlar Abxaziyada yenə də həyəcan təbili çalınır. Abxaziyada hər şeyə ermənilər sahibləniblər. “Abxaziya – Ermənistanın Qara dəniz sahilidir!” fikri Gürcüstanada nə qədər real görsənir” sualına cavab olaraq isə A.Abdaladze bildirib ki, bu qiymətləndirmə təəssüflər olsun ki, tamamilə reallığı əks etdirir. Apsuaların (red: apsua -  müasir Abxaziyada yaşayan əhalinin bir hissəsi adlanır) sadəlövhlüyündən ermənilər məharətlə istifadə ediblər. Ermənistanın arzusu Qara dənizə çıxış əldə etməkdir. Ermənilərin planına əsasən Lazona (red: Lazona gürcülərin iddialarına əsasən hazırda Türkiyə ərazisində yerləşən qədim gürcü diyarıdır) Ermənistanın tərkibində muxtar respublika statusunda olmalı və onları Qara dənizlə əlaqələndirməli idi. Ermənilər bütün səylərini ona nail olmağa yönəltmişdilər. Ancaq buna Abxaziyada müvəffəq oldular. “Tam əminliklə deyirəm ki, Rusiya hakimiyyəti Abxaziyada ermənilərin mövqelərinin möhkəmləndirilməsinə dəstək verir. Rusiya yaxşı bilir ki, apsualar ölü millətdir. Osetinlərin də heç bir potensialı yoxdur və gələcəkdə Rusiyanın Qafqazdakı istinad nöqtəsinin ermənilər olması haqda Kremldə qərar qəbul edilib. Buna görə də, Rusiya Ermənistanın imperiya arzularının reallaşmasında maraqlıdır. Əgər belə davam edərsə, 20-30 ildən sonra ermənilər tamamilə Abxaziyaya sahiblənəcəklər”, - deyə tədqiqatçı əlavə edib.

Gürcüstanın viza rejiminin liberallaşdırılması nə ilə nəticələnəcəyinə dair suala fikrini bildirən alim deyib ki, bu proses gürcülərin Gürcüstandan qaçması, ermənilərin isə öz planlarını həyata keçirməsi və Gürcüstanda məskunlaşmasını asanlaşdırmaqla nəticələnəcəkdir. ABŞ və başqa ölkələrdə fəaliyyət göstərən güclü erməni lobbisi Gürcüstanda erməni məsələsinin həyata keçirilməsi üçün böyük maliyyə vəsaiti xərcləyir. Yəqin ki, xəbəriniz var, məsələn 1996-cı ildə Van Bayburt (red: Van Bayburt - Mixeil Saakaşvilinin prezidentlik dövründə onun milli azlıq məsələləri üzrə müşaviri, Gürcüstan Parlamentinin sabiq deputatı və Gürcüstanda fəaliyyət göstərən erməni diasporunun liderlərindən biridir) ermənilər haqqında yazılar dərc etməyim müqabilində mənə hər ay 1000 ABŞ dolları təklif edirdi. Bəllidir ki, mən bu təklifi qəbul etmədim. Lakin bir çox alim və tədqiqatçılar onlar tərəfindən satın alındılar. Hazırda gürcü siyasətində soyadlarını dəyişmiş çoxlu sayda erməni olması barədə isə mən danışmaq belə istəmirəm. Bu, Gürcüstan üçün utandırıcı və təhlükəli bir haldır. Bizim ölkəni məhv etmək məqsədlərindən biri də Gürcüstanda milli hakimiyyəti yaratmamaqdır.  Bizim ölkənin indiki hakimiyyəti də gürcü və milli deyildir.

Gürcüstanda vəziyyət çox acınacaqlıdır. Ermənilər gürcü-erməni əlaqələrinin tədqiq olunması naminə müxtəlif işlər görürlər. Mən erməni kilsəsi tərəfindən maliyyələşən, Gürcüstanın əleyhinə fəaliyyət göstərən bəzi “gürcü araşdırıcı” erməniləri tanıyıram.

Erməni apostol kilsəsinin Gürcüstanda mövcud olan kilsələrə iddiası və həqiqətən də Anisdə Niko Mari tərəfindən gürcü əlyazmasının aşkar edildiyi barədə sualı da cavablandıran A.Abdaladze bildirib:

“Məlumdur ki, Ermənistanın qədim paytaxtı Anisdə gürcü kilsələri olub. Bizdə Siqel-Qucari kilsəsinin Gürcüstan Patriarxlığına məxsus olmasına dair 1219-cu ilə aid tarixi sənəd var. Anisdə o zaman hərbi qarnizon var idi və orada çoxlu sayda gürcü yaşayırdı. Anisdə gürcü əlyazması ilk dəfə doğurdan da

Şərqşünas, Qafqazşünas, filoloq, tarixçi, etnoqraf və arxeoloq, İmperiya Elmlər Akademiyasının akademiki (1912-ci il) Nikolay Yakovleviç Marr (Niko Mari) tərəfindən aşkar edilib. Bu əlyazmaları sonralar İvane Cavaxişvili və Varlam Dundua dərindən öyrəniblər. Əl yazmalardan da aydın görünür ki, Ermənistanda gürcü kilsələrinin nüfuz dairəsi çox geniş olub. Niko Mari sonradan ermənilər tərəfindən satın alındı”.

Prezident Saakaşvilinin məsləhətçisi Van Bayburt

Gürcü alim Aleksandr Abladze

1news.az

Paylaş:
885

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər