Partlayışda yaralanan şəxslər evə buraxılıblar – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Partlayışda yaralanan şəxslər evə buraxılıblar – YENİLƏNİB

12:40 - 29 / 12 / 2016
Partlayışda yaralanan şəxslər evə buraxılıblar – YENİLƏNİB

Dünən Bakının Badamdar qəsəbəsində baş vermiş partlayış nəticəsində xəsarət almış şəxslər Respublika Yanıq Mərkəzindən evə buraxılıb.

Xəstəxanadan Lent.az-a verilən məlumata görə, kanalizasiya quyusunda olan kabellərə texniki baxış keçirilən zaman baş vermiş partlayışda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom”  İB-nin mühəndisi Qasımov Namik Mirzə oğlu baş nahiyəsindən 3-cü dərəcəli, Kazımov Fərman Ziyad oğlu isə alnının 1-ci dərəcəli texniki yanığı xəsarəti alıb. Hər iki şəxsin əlləri də yanıb.

N.Qasımova tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb. Xəstəxanaya yerləşdirilən Fərman Kazımovun yaxınları isə onu aparmaqda israr ediblər və ailə üzvlərinin istəyi ilə F.Kazımov da evə buraxılıb.

10:32

Bakının Badamdar qəsəbəsində partlayış baş verib.

1news.az-ın Lent.az-a istinadla verdiyi xəbərə görə, Badamdar yolu 5 ünvanının qarşısındakı kanalizasiya quyusunda olan kabellərə texniki baxış keçirilən zaman quyuda yığılmış metan qazı partlayıb.

Nəticədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İB-nin mühəndisləri - 1963-cü il təvəllüdlü Qasımov Namik Mirzə oğlu və Kazımov Fərman Ziyad oğlu yanıq xəsarətləri alıb.

Hər iki şəxsə təcili tibbi yardım göstərilib. Vəziyyəti daha ciddi olan Fərman Kazımov Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
611

Son xəbərlər

Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 1Bu gün, 14:21Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdürBu gün, 13:31Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilibBu gün, 13:29Nazirlik Qarabağ Universitetinin tələbə yataqxanasının görüntülərini yayıbBu gün, 13:27Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıbBu gün, 13:19Payızda Heydər Əliyev Beynəlxalq Aeroportundən 80-dən çox istiqamətə səyahət imkanıBu gün, 13:01Yay tətili zamanı Bakıda hansı küçələr təmir edilib? - AAYDA açıqladıBu gün, 12:54İsti, yağış, qar - Sabahın havası açıqlandıBu gün, 12:42Kərim Vəliyev İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşübBu gün, 12:35“Olivia”nın yeni reklam çarxı bütün ölkəyə səs saldı – “S.O.S” fərqli təqdimatda - VİDEOBu gün, 12:30Kolleclərə direktorlar təyin olunubBu gün, 12:15“Gənclər heç kimin təsiri altına düşməməlidirlər”Bu gün, 12:10Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edibBu gün, 11:49Prezident Qarabağ Universitetinin tələbələri ilə görüşdə hərbçilərimizin qəhrəmanlığından danışıbBu gün, 11:41İlham Əliyev: “Bax, bütün bu amillər bir yerdə olanda, heç bir qüvvə o xalqın qabağında dura bilməz”Bu gün, 11:37Bakıda kirayə mənzil bazarında vəziyyət – Hansı hallar qiymətlərə təsir edə bilər?Bu gün, 11:26
Bütün xəbərlər