BQXK: Azərbaycan əsgərinin meyitinin qaytarılması üçün vasitəçilik etməyə hazırıq
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ermənilərin təxribatının qarşısını alarkən itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinin qaytarılmasında vasitəçilik etməyə hazırdır.
1news.az-a komitənin Azərbaycan nümayəndəliyinin sözçüsü İlahə Hüseynova bildirib ki, Komitə hazırda münaqişə tərəflərinin hakimiyyət orqanları ilə əlaqədədir:
"Komitə bu məsələni yaxından izləyir və meyitin qaytarılması üçün neytral vasitəçilik etməyə hazırıq".
Qeyd edək ki, dekabrın 29-da təmas xəttində erməni silahlı birləşmələrinin təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Qurbanov Çingiz Salman oğlu itkin düşüb.
Mövzu ilə əlaqədar oxuyun:
Müdafiə Nazirliyi: Təxribata cəhd göstərən düşmən itkilərə məruz qalıb, bir əsgərimiz itkin düşüb
Zakir Həsənov: Aprel döyüşləri xalqımızın həmrəyliyinin bariz nümunəsidir
1news.az