Müdafiə Nazirliyi erməniləri ifşa etdi: Ordumuz heç bir itki verməyib
Müdafiə Nazirliyi Ermənistan KİV-lərinin dünən tərəflər arasında baş verən qarşıdurma ilə bağlı yaydığı yalan xəbərlərə münasibət bildirib.
1news.az-ın məlumatına görə, Nazirliyin məlumatında bildirilir ki, erməni tərəfi cari ilin dekabr ayının 29-da törətdiyi uğursuz təxribat nəticəsində verdiyi itkilərə bəraət qazandırmaq məqsədilə guya dövlət sərhədində növbəti təxribatın baş verdiyi və Azərbaycan tərəfinin itkiləri barədə bu gün yenə də həqiqətə uyğun olmayan və daxili auditoriyaya hesablanmış növbəti yalan məlumat yayıb.
“Əgər erməni tərəfinin “təkzibolunmaz sübutları” varsa, təqdim etsinlər.
Rəsmi olaraq bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, gündəlik xidməti fəaliyyətini davam etdirir və əməliyyat şəraitinə tam nəzarət edir”- deyə, MN-dən bildiriblər.
1news.az