Ələt vaqon deposuna məxsus vaqonda yanğın baş verib, baş mexanik ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ələt vaqon deposuna məxsus vaqonda yanğın baş verib, baş mexanik ölüb

16:53 - 30 / 12 / 2016
Ələt vaqon deposuna məxsus vaqonda yanğın baş verib, baş mexanik ölüb

Qaradağ rayonunda Baş Ələt dəmir yolu stansiyası ərazisində ölümlə nəticələnən hadisə baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, dekabrın 29-da saat 19:00 radələrində Qaradağ rayonunda Baş Ələt dəmir yolu stansiyası ərazisində Ələt vaqon deposuna məxsus vaqonda yanğın olub.

Nəticədə vaqonun yanar konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra oranın baş mexaniki Yusif Ağamalıyevin tüstüdən boğulmuş meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
691

Son xəbərlər

Bütün xəbərlər