İctimaiyyət nümayəndələri “Qarabağın tarixi” nin orta məktəblərdə tədris olunmasına qarşı səslənən etirazlara münasibət bildiriblər | 1news.az | Xəbərlər
Cəmiyyət

İctimaiyyət nümayəndələri “Qarabağın tarixi” nin orta məktəblərdə tədris olunmasına qarşı səslənən etirazlara münasibət bildiriblər

18:40 - 30 / 12 / 2016
İctimaiyyət nümayəndələri “Qarabağın tarixi” nin orta məktəblərdə tədris olunmasına qarşı səslənən etirazlara münasibət bildiriblər

İctimaiyyət nümayəndələri "Qarabağın tarixi" fənninin orta məktəblərdə tədris olunmasına qarşı səslənən etirazlara münasibət bildiriblər. 

 Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov:

“Qarabağın tarixini bizim uşaqlar daha yaxşı bilməli, oxumalıdırlar. Qarabağ haqqında bütün vətəndaşlarımız nə qədər artıq bilsələr, gələcəkdə də düşdükləri mühitdən asılı olmayaraq, tarixi faktları sübut edə bilərlər. Azərbaycan tarixi ilə yanaşı, Qarabağ tarixinin keçirilməsində böyük fayda var”.

Millər vəkili Fazil Qəzənfəroğlu:

“Qarabağ tarixi ilə bağlı fakültativ məşğələlərin aparılmasında heç bir yanlışlıq görmürəm, əksinə, bu, Qarabağ, deməli, Azərbaycan həqiqətlərinin daha dərindən və əhatəli öyrənilməsi üçün əlavə dəyərli mənbədir. Ayrıca İrəvan tarixi də fakültativ məşğələ kimi keçirilməlidir ki, itirilmiş torpaqlar barədə gənclərin daha dolğun məlumatı olsun”.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun “Qarabağ tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev:

“Bu, fakültativ kursdur və ayrı-ayrı mövzuların daha dərindən öyrənilməsinə xidmət edir. Qarabağın tarixinə aid məlumatları orta məktəb şagirdləri yaxşı bilməlidir. Nəinki uşaqlar, hətta böyüklər belə Qarabağın işğal tarixini dəqiq bilmir. İnandırım sizi, işğal olmuş rayonları qarışdırırlar. Bu mövzunu qaldıranlar nəyisə qarışıq salıblar, bəlkə də onları çaşdırıblar. Bu, dərslik deyil, dərs vəsaitidir. Onların arasında çox böyük fərq var”.

Tarix elmləri doktoru, professor Kərim Şükürov:

“Bunun ayrıca tədris olunmasında elə bir problem yoxdur. Əksinə, dünya tarixşünaslığında, bizdə də belədir ki, bölgələr ayrılıqda öyrənilir. Qarabağın tarixinin öyrənilməsi isə xüsusi lazımdır. Burada elə bir problem görmürəm. Biz Tarix İnstitutunda dəfələrlə bunu müzakirə etmişik”.

Təhsil eksperti Etibar Əliyev:

“Qarabağ tarixi”nin tədrisinin bu şəkildə gündəmə gəlməsini açığı heç anlamadım. Əslində “Qarabağ tarixi”nin həm dərs, həm də fakültativ kimi tədrisi bizim gənclərin tarix bilgilərinin artılmasına xidmət edən bir addımdır. Qarabağın çox qədim tarixi var və ona görə də kiçik bir bölmə kimi “Azərbaycan tarixi”nin tərkibində tədrisini məqbul hesab etmirəm”.

Təhsil eksperti Şahlar Əsgərov:

 “Qarabağ tarixi” fakültativ məşğələlərinin məktəblərdə aparılmasını ciddi olaraq təqdir edirəm. Azərbaycanın tarixi Qarabağ tarixi, İrəvan tarixi, Naxçıvan tarixi, Şirvan torpaqlarının tarixi deməkdir. Biz tarixi mükəmməl öyrənməliyik. Qarabağ, bir halda ki, beynəlxalq ictimaiyyətin diqqətindədir, onu nə qədər mükəmməl bilsək, problemin həllinə bir o qədər yaxınlaşarıq. Bu, ancaq bizim qalib gəlməyimizə, Azərbaycan xalqının ümumi mənafeyinə xidmət edir. Burada başqa mənafe axtarmaq lazım deyil”.

1news.az

Paylaş:
837

Son xəbərlər

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22
Bütün xəbərlər