Avtomobildən külli miqdarda spirtli içki aşkar edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtomobildən külli miqdarda spirtli içki aşkar edildi

23:50 - 30 / 12 / 2016
Avtomobildən külli miqdarda spirtli içki aşkar edildi

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə nəqliyyat vasitəsində Azərbaycanın aksiz markası ilə markalanmayan spirtli içkilərin olması barədə məlumat daxil olub.

1news.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məlumata əsasən yaradılan əməliyyat qrupu tərəfindən nəqliyyat vasitəsi saxlanılaraq Tovuz Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib və burada avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı  nəqliyyat vasitəsinin yük yerindən Azərbaycanın aksiz markası ilə markalanmayan 10 adda 406 ədəd müxtəlif markalı spirtli içkilər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
1185

Son xəbərlər

Bütün xəbərlər