Bakının mərkəzində yerləşən yeməkxana yanaraq kül oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzində yerləşən yeməkxana yanaraq kül oldu

15:57 - 31 / 12 / 2016
Bakının mərkəzində yerləşən yeməkxana yanaraq kül oldu

Bakıda yeməkxanaların birində güclü yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, paytaxtın Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m² olan yeməkxananın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yeməkxanaya bitişik ümümi sahəsi 750 m² olan ikimərtəbəli restoran yanğından mühafizə olunub.

1news.az

 

Paylaş:
1024

Son xəbərlər

Bütün xəbərlər