Ötən gün 77 cinayət faktı qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün 77 cinayət faktı qeydə alınıb

18:00 - 04 / 01 / 2017
Ötən gün 77 cinayət faktı qeydə alınıb

Yanvarın 3-nə Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 77 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.

1news.az-ın DİN-ə istinadla verdiyi xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Həmçinin Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 7 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər tutulub.

1news.az

Paylaş:
606

Son xəbərlər

Bütün xəbərlər