Yeni və təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələlər keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni və təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələlər keçiriləcək

16:33 - 05 / 01 / 2017
Yeni və təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələlər keçiriləcək

Dövlət İmtahan Mərkəzi 2017-ci ildə keçiriləcək imtahanlarda nəzarətçi kimi ilk dəfə iştirak edəcək, eləcə də təcrübəsi az olan və ya nəzarətçi kimi göstəriciləri qənaətbəxş olmayan müəllimlər üçün yanvarın 10-dan etibarən seminar məşğələlər keçirəcək.

1news.az-a Mərkəzdən verilən xəbərə görə, fevralın 1-dək davam edəcək bu seminarlar Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq.

Seminarların respublikanın bütün şəhər və rayonlarında keçirilməsi nəzərdə tutulur və 4750-ə yaxın nəzarətçi-müəllimin bu prosesdə iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə  14817 nəzarətçi müəllim haqqında məlumat var. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və  göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl seminar məşğələlər keçiriləcəkdir.

Seminar məşğələlərdə nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilir. İmtahan proseduralarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 20 25 nəfərlik qruplarla keçirilir. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə edilir.

Seminar-məşğələlərin keçirilməsində əsas məqsəd:

- imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı qaydaları izah etmək;

 - nəzarətçi-müəllimlərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq;

- şəxsi anket məlumatlarını dəqiqləşdirmək;

- abituriyent auditoriyasının – imtahan zalının idarə olunmasında professionallq baxımından mühüm məqamları qeyd etmək;

- imtahanın gedişində rast gəlinən problemləri sistemləşdirərək həlli yollarını sadalamaq;

- nəzarətçi-müəllimlərin xüsusi hallarda operativ qərar qəbul etmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-suallarla ortaya çıxarmaqdır.

Seminar-məşğələlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər digər imtahanlara cəlb olunacaqlar.

1news.az

Paylaş:
702

Son xəbərlər

Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15
Bütün xəbərlər