Narkotik alveri ilə məşğul olan İsmayıllı sakinləri tutuldular | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotik alveri ilə məşğul olan İsmayıllı sakinləri tutuldular

21:45 - 05 / 01 / 2017
Narkotik alveri ilə məşğul olan İsmayıllı sakinləri tutuldular

Polis əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri saxlayıblar.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Yasamal rayonu ərazisində İsmayıllı rayon sakinləri Mərdan Mehrəliyev və Şükür Hümbətov narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıblar.

M.Mehrəliyevin idarə etdiyi “Niva” markalı avtomobilə baxış zamanı 10 kiloqram 410 qram marixuana aşkar edilərək götürülüb.

1news.az

Paylaş:
1130

Son xəbərlər

Bütün xəbərlər